Sizin link burada

Beyləqan və Şəmkirdə yanğın olub

Beyləqan rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 300 m2 olan birmərtəbəli binanın 1 otağında 2 m2 sahədə arakəsmə və 2 ədəd məişət avadanlığı yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

 

 

Oxşar hadisə Şəmkir rayonunda da baş verib. Həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>