Sizin link burada

Rekordların komandası – “Real”

ÇL finalında “Liverpul”a qalib gələn “Real” bir çox ilki rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “kral klubu” 3:1 hesablı qələbə ilə ardıcıl 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb.

 

2016, 2017 və 2018-ci illərdə də bu mükafata sahib olan madridlilər onda olduğu kimi indi də bunu Zinəddin Zidanın başçılığı altında əldə edib. “Zizu” ÇL çempionluğunu arıdıcl 3 dəfə qazanmış məşqçi kimi tarixə düşüb. Fransalı dahi oyunçu kimi də “Real” forması ilə kuboku başı üzərinə qaldırmışdı.

 

Madrid təmsilçisi üçü ardıcıl olmaqla 13 dəfə Avropada hamıdan güclü olub ki, bu da bir rekorddu. Onları “Milan” (7 dəfə) və “Liverpul” (5 dəfə) izləyir.

 

Kristiano Ronaldo isə beşinci dəfə ÇL-nin qalibi olaraq öz rekordunu müəyyənləşdirib. O, bir dəfə “Mançester Yunayted”lə (2008), 4 dəfə isə “Real”la (2014, 2016, 2017, 2018) bu mükafata sahib çıxıb.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>