Sizin link burada

Bakıya gələn 3 avtobus qəzaya düşdü: YARALILAR VAR - FOTO

Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. Lent.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, İbrahimov Dilqəmin “05-BE-640” nömrəli, Elmir Hüseynovun “99-JD-403” nörməli və Elçin Qarayevin “99-HJ-256” nömrəli avtobusları toqquşub.

 

E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.

 

Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.

 

Xəsarət alan sərnişinlər bunlardır:

 

Bakı sakini Cavadova Yana – 51 yaş

 

Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu – 11 yaş

 

Bakı sakini Səmədov Faiz Baba oğlu – 63 yaş

 

Bakı sakini Şayxatarov Renat – 58 yaş

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>