Sizin link burada

Avtomobilin gizli saxlanc yerlərindən mobil telefonlar aşkar edildi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, baxış zamanı, nəqiyyat vasitəsinin gizli saxlanc yerlərindən 3 ədəd "Samsung J3", 2 ədəd"Samsung Galaxy J7 pro", 1 ədəd "Samsung Galaxy A5", "Samsung Galaxy J5" və "Samsung Galaxy J5 pro" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>