Sizin link burada

Azərbaycanda baş verən bir neçə oğurluqların üstü açıldı

Azərbaycanın bir sıra bölgələrində baş vermiş oğurluq hadisələrinin üstü açılıb. Lent.az-ın DİN-nin saytına istinadən həmin faktların bir neçəsini təqdim edir:

 

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin martından may ayınadək olan müddətdə rayon ərazisində 3 nəfərin avtomobillərindən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev saxlanılıb.

 

Oğurluq etdiklərinə görə tutulmuş Ayxan Hüseynovun və Orman Kulaibin ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Gəncə şəhər sakini İlkin Mahmudovla birgə oyun salonlarının birindən 5 ədəd televizor oğurlamaları da müəyyən edilib. Görülmüş tədbirlərlə İ.Mahmudov məhsuliyyətə cəlb edilib.

 

Oğurluq etdiyinə görə tutulmuş Xəzər Hüseynovun ətrafında Masallı RPŞ–nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Mirzəyevlə birgə iki mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə S.Mirzəyev saxlanılıb.

 

Astara RPŞ-nin əməkdaşları tərəfindən mayın 24-də Şahağacı kəndindəki evlərin birindən 25000 rubl (690 manat) pul oğurlamaqda şübhəli bilinən kənd sakini Şəhram Əliyev tutulub.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>