Sizin link burada

“Real” qədər güclü deyilik” - Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında “Real”la keçirəcəkləri oyuna toxunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis İspaniya klubunu cütlüyün favoriti sayır.

 

Bununla belə, Klopp indidən qələbənin xəyallarını qurur: “Biz “Real” və “Barselona” qədər güclü deyilik. Onlar İspaniyanın digər komandalarının hamısından güclüdü. Bu isə o deməkdi ki, “Real” finala daha asan çıxıb. Həftəiçi əla hazırlaşırsan, həftəsonu isə 1:0 hesabı ilə qalib gəlirsən və hər şey mükəmməl olur”.

 

Qeyd edək ki, “Liverpul” – “Real” oyunu sabah Kiyevdə keçiriləcək.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>