Sizin link burada

Bakıda taksi sürücüsü döyülüb

Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.Nəticədə A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>