Sizin link burada

Putin Qərbə mesaj verdi: “Qırmızı xətti" keçməyin

Rusiya prezident Vladimir Putin Qərb ölkələrini rəsmi Moskva ilə münasibətlərdə "qırmızı xətti" keçməməyə çağırıb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, V.Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

 

“Bəs deyildi ki, NATO  sərhədlərimizə yaxınlaşıb. Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər, hər hansı radarlar və raket əleyhinə müdafiə sistemləri quraşdıracaqlar. Bilirsiniz mi, hər şeyin bir həddi var, "qırmızı xətti" keçmək olmaz. Bizim maraqlarımıza hörmətlə yanaşın”, deyə V.Putin qeyd edib.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>