Sizin link burada

ABŞ-da məktəbdə atışma: 2 yaralı

ABŞ-ın Noblsvill şəhərində (İndiana ştatı) məktəbdə silahlı insident baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir məktəbli qız və bir müəllim yaralanıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

İlkin məlumata əsasən, atəşi açan məktəbli saxlanılıb. Hazırda polis cinayətkarın motivlərini müəyyənləşdirir.

 

Qeyd edək ki, mayın 18-də Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident 8 nəfərin həyatına son qoyub.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>