Sizin link burada

Ardanı klubu da cəzalandırdı

Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı intizamsız hərəkət edən “Başakşəhər”in futbolçusu Arda Turan klubu tərəfindən də cəzalandırılıb.

 

Qol.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı futbolçu 250 min avro cərimə olunub.

 

Həmin oyunda qırmızı vərəqə alan digər futbolçu Marsio Mossoro isə 50 min avro cərimələnib.

 

Qeyd edək ki, A.Turan Türkiyə Futbol Federasiyası tərəfindən 16 oyunluq cəzalandırılsa da, daha sonra onun cəzası 10 oyuna endirilib.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>