Sizin link burada

Mişel Platiniyə qarşı ittiham geri götürüldü

İsveçrə prokurorluğu UEFA-nın sabiq prezidenti Mişel Platini üzərindən korrupsiya ittihamını geri götürüb.

 

APA-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib.

 

Qərara dəlil-sübutların yetərincə olmadığı göstərilib.

 

Qeyd edək ki, Mişel Platini 2016-ci il, sentyabrın 14-də UEFA prezidenti postunu tərk edib.

 

UEFA-nın keçmiş prezidenti M. Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatterin FİFA-nın etika üzrə Komitəsi tərəfindən futbol sahəsində fəaliyyətdən uzaqlaşdırılması pul köçürməsi ilə bağlıdır. J. Blatter 2011-ci ildə, FİFA prezidenti olduğu dönəmdə FİFA-nın hesabından M. Platininin hesabına 2 milyon İsveç frankı köçürüb. Komitə J. Blatterin M. Platini ilə şifahi razılaşma əsasında bu pul köçürməsinin həyata keçirildiyi barədə sözlərini inandırıcı saymayıb. J. Blatter və M. Platini həmçinin FİFA-nın etika kodeksinin bir sıra bəndlərini pozmaqda günahkar sayılıblar.

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>