Sizin link burada

Astarada iki “VAZ” toqquşdu: yaralanan var

Astarada yol qəzası olub, bir nəfər yaralanıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Şüvü kəndində qeydə alınıb.

 

Qəza zamanı iki "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri, Şüvü kənd sakini, 1982-ci il təvəllüdlü Siya Qurbanəli oğlu Mahmudov xəsarət alıb. O, ətrafdakı insanların köməkliyi ilə əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan oradan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>