Sizin link burada

Qəzzada toqquşmalar: 109 fələstinli yaralandı

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 100-dən çox fələstinli xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə  “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

 

“Bü gün Qəzza zolağının şərq sərhədində 109 nəfər müxtəlif dərəcəli xəsarət alıb”, deyə Ə.əl-Kidra qeyd edib.

 

Martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu yaralanıb.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>