Sizin link burada

52 yaşlı kişini maşın vurdu - Ağstafada

Ağstafada piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Ağstafa şəhərində, rayon Mərkəzi Xəstəxananın yaxınlığında baş verib.

 

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən rayonun Tatlı kənd sakini 1966-cı il təvəllüdlü Namazov Mikayıl Rəsul oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>