Sizin link burada

Putin prezidentlikdən danışdı

Putin növbəti dəfə prezident vəzifəsinə namizəd olub-olmayacağına aydınlıq gətirib

 

Rusiya prezidenti Vladimir Putin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməyi planlaşdırmadığını söyləyib.

 

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

 

Görüşün iştirakçılarından biri Putinə onun siyasi gələcəyi ilə bağlı sual verib. Putin isə cavabında Rusiya Federasiyası Konstitusiyasına hər zaman ciddi riayət etdiyini bildirib: “Konstitusiyada aydın yazılıb: ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməz olmaz. İndi mənim ikinci prezidentlik müddətimdi. Yadınızdadırsa, mən buna qədər iki dəfə ardıcıl prezident olmuşam, sonra isə prezident vəzifəsini tərk etmişəm. Ona görə ki, Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir. Bu qədər”.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>