Sizin link burada

Prezident Binəqədidə yol tikintisinə 1,9 milyon manat ayırdı

Ölkə başçısı İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az AZERTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,9 milyon (bir milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

 

Bundan başqa, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

 

Sərəncamdan irəli gələn məsələləri isə Nazirlər Kabineti həll edəcək.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>