Sizin link burada

Növbəti seks qalmaqalı: zorlanan üzgüçü məhkəməyə üz tutdu

Amerika idmanında növbəti seks qalmaqalı yaşanıb. Apasport.az saytının məlumatına görə, 200-dən artıq gimnastın zorlanmasını etiraf etməsindən sonra üzgüçülər də problemlərini dilə gətiriblər.
 
Belə ki, dünya çempionu Ariana Kukors məhkəməyə zorlanması ilə bağlı müraciət edib. O, ABŞ Üzgüçülük Federasiyasından şikayətlənib. 29 yaşlı Kukors qurumu sabiq məşqçisi Şon Hatçinsonun ona qarşı hərəkətlərini ört-basdır etməkdə günahlandırır.
 
Federasiyanın prezidenti Tim Hinçi isə ABŞ Konqresinin Palatası qarşısında hesabat verərkən belə halların olduğunu etiraf edib: “Federasiya azyaşlı üzgüçülərin və bu idman növünün inkişafına cəlb olunan şəxslərin zorakılığını boynuna alır. Biz çox təəssüflənirik ki, hələ də üzgüçülükdə belə hallarla üzləşirik. Lakin onların qarşısını almağa çalışırıq. Çünki bu istiqamətdə fəaliyyətsizlik cinayətdi”.
 
Qeyd edək ki, Vaşinqtondan olan idmançı 2009-cu ildə Romada, 1 il sonra isə Dubayda keçirilən dünya çempionatında kompleks üzgüçülükdə qızıl medal qazanıb.

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>