Sizin link burada

Ramazanın onuncu gününün duası

Bu gün müqəddəs ramazan ayının onuncu günüdür.

 

Lent.az bu günün duasını sizlərə təqdim edir.

 

Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaxın olanlardan et, ehsanına xatir ey axtaranların hədəfi!

 

İmsak duası:

 

“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyyətini qəbul et. Qalxmayanlara da niyyət nəsib et Rəbbim”

 

 

Orucu açan zaman oxunan dua:

 

 

 “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

 

 “Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən”

 

 “Susuzluq getdi. Damarlar islandı. İnşallah savab sabit oldu”

 “Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et”

 

Allah dualarınızı qəbul etsin!

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>