Sizin link burada

Evlənmirəm, əl çəkin! – Ronaldinyo

Ronaldinyo iki qadınla ailə həyatı quracağına dair çıxan xəbərlərə münasibət bildirib. Apasport.az saytının “Globo Esporte”yə istinadən məlumatına görə, braziliyalı futbolçu iddiaları yalanlayıb.

 

“Bu, böyük yalandı. Jurnalistlər bu barədə iddia ortaya atıblar. Bütün dünya mənə zəng edir. Evlənməyə hazırlaşmıram” – deyə, Ronaldinyo bildirib.

 

Qeyd edək ki, Braziliya mətbuatında Ronaldinyonun avqustda uzun müddətdi Rio-de-Janeyrodakı villasında birlikdə yaşadığı Prişilya Koelyo və Bitrayz Souza adlı iki xanımla ailə quracağına dair xəbər yayılmışdı.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>