Sizin link burada

® Azərbaycan Beynəlxalq Bankından fermerlərə 7%-lə kredit

Azərbaycan Beynəlxalq Bankı fermerlərə güzəştli şərtlərlə kredit verəcək. Bankın Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə imzaladığı niyyət protokolunda belə bir güzəşt nəzərdə tutulub. Kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin maksimal məbləği 200 000 manatadək olacaq. Kreditlər 7% illik faiz dərəcəsi ilə veriləcək.
Xatırladaq ki, mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə ölkəmizdə fəaliyyət göstərən 8 bank-kredit təşkilatı arasında protokol imzalanıb. Bu banklardan biri də Azərbaycan Beynəlxalq Bankıdır. Protokola Xidmətin rəisi Mirzə Əliyevlə Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov imza atıb. Mərasimdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta sahibkarlığa dəstək Azərbaycan Beynəlxalq Bankı üçün əsas prioritetlərdəndir. Kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi xüsusilə əhəmiyyət kəsb edir. Bu protokol çərçivəsində ayrılmış kredit limiti kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayacaq”. 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 
 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>