Sizin link burada

Bu il 41 nəfər dəm qazından zəhərlənib: bir nəfər ölüb

Bu ilin yanvar ayından indiyədək olan müddətdə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 41 nəfər müraciət edib. Bu barədə Lent.az- a KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov  məlumat verib: “Qaz zəhərlənməsi ilə bağlı müraciət edənlərdən hamısının vəziyyəti yaxşılaşaraq evə buraxılıb. Yalnız aprel ayında bir nəfər bu səbəbdən dünyasını dəyişib”.

A.Maqsudov bildirdi ki, şöbəyə dərman zəhərlənmələri ilə bağlı da müraciətlər olub: “Bu ilin may ayına kimi dərmandan zəhərlənmə ilə bağlı 36 nəfər müraciət edib. Həmçinin aprel-may ayı ərzində 12 ilan, 3 nəfər isə əqrəb sancması diaqnozu ilə müraciət edib. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb”. 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>