Sizin link burada

AXC-nin 100 illiyi münasibətilə konsert keçirildi

May ayının 24-də , Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Milli Konservatoriyasının və İncəsənət Gimnaziyasının tələbələrinin iştirakı ilə keçirilən tədbirin əvvəlində Mədəniyyət Kanalının direktoru Ramil Qasımov və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və konsertin mahiyyəti barədə məlumat veriblər.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci il Azərbaycanda Xalq Cümhriyyəti ili elan olunub. Bu münasibətlə bütün dövlət idarələrində, mədəniyyət və təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bütün sahələrdə olduğu kimi, incəsənət sahəsində də isdedadlı gənclər yetişir və keçirilən tədbirlər həm də belə gənclərin üzə çıxarılmasında və tanıdılmasında əhəmiyyətli rol oynayır. Konsertdə tanınmış mədəniyyət və ictimai xadimlər- Prezident Adminstrasiyasının Humanitar Siyasət Məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, xalq attistləri Arif Babayev, Murad Hüseynov, Azər Zeynalov, Azərbaycan Mili Konservatoriyasının professor müəllim heyyəti və digərləri iştirak ediblər. Konsertin proqramına Azərbaycan və Qərb bəstəkarlarının əsərləri daxil edilib. Konsert proqramı Azərbaycan Televiziyasının Mədəniyyət kanalı tərəfindən lentə alinib.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>