Sizin link burada

“Gilan Şahmat Turniri” keçirilib

 
 
“Gilan Holding”-in əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Gilan Şahmat Turniri” keçirilib.  
 
 
“Gilan Şahmat Klubu” tərəfindən təşkil edilən sayca 3-cü “Gilan Şahmat Turniri”-nə 35 iştirakçı qatılıb. 
 
 
Gərgin mübarizə şəraitində keçən turnirdə “Gilan Tekstil Parkı”-nın əməkdaşı Ömər İmanov 6 xalla qalib gəlib. Eyni 5,5 xal toplamış “Aztexnika” şirkətinin əməkdaşı Səməd Seyidov və “Qafqaz Baku City Hotel”-in əməkdaşı Ramiz Rəfiyev arasında əlavə görüş keçirilib və S.Seyidov qalib gələrək ikinci yerə layiq görülüb.
Qadınlar arasında ən yaxşı nəticəni “Aztexnika” şirkətinin əməkdaşı Aynur Sadıqova (4 xal), ikinci nəticəni “Aqrokimya Azərbaycan” şirkətinin əməkdaşı Pərvanə Şirinova (3,5 xal), üçüncü nəticəni “Gilan Holding”-in Baş ofisinin əməkdaşı Ceyran Fərəzi (3 xal) göstərib. 
 
Turnirin sonunda ilk üçlük və qadınlar arasında ilk üç nəticəni göstərən əməkdaş medallar və hədiyyələrlə mükafatlandırılıb.
Artıq ənənəyə çevrilən “Gilan Şahmat Turniri” “Gilan Holding”-də korporativ mədəniyyətin gücləndirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir.  

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>