Sizin link burada

Keçmiş əri Mənzurəni oğurluqda ittiham edir: "O qızıl papağı gətir"

Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşı ilə bağlı maraqlı açıqlama verib.

 

Lent.az-ın məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində deyib ki, keçmiş həyat yoldaşı onu oğurluqda ittiham edib: “Yoldaşım məhkəmədə dedi ki, Mənzurə anamın qızıl papağını oğurlayıb. Orda heç təəccüblənmədim də. Bir anlıq fikirləşdim ki, ay Allah, görən qızıl papaq var idi ki? Hardaydı? Kaş olardı, oğurlayardım. Mənim qaynanam qızıl kimi insan olub. Oğlu belə deyir. Bu indi boşanmaq istəmir. Görür ki, mən boşanıram, o da vaxtı bir az uzatmaq üçün bəhanə edir. İstəyir ki, məhkəmə mənim üstünə düşsün ki, o qızıl papağı gətir”.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>