Sizin link burada

Azərbaycanda biznesmen işçisi tərəfindən öldürülüb

Sumqayıt şəhərində qətl törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, meyvə-tərəvəz dükanında satıcı işləyən Vüsal Novruzov oranın sahibi, 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçaqlayaraq öldürüb.

 

Hadisənin mübahisə zəıminində törədildiyi bildirilir və V.Novruzov tutularaq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, qətlə yetirilən iş adamı Sumqayıtda Hacı Vüqar adı ilə tanınıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>