Sizin link burada

Bakıda motosiklet ağır qəza törətdi: qadın öldü, sürücü xəstəxanalıq oldu - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 24-də saat 9 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Zamin Salamov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən Şağan qəsəbə sakini Mehriban Kərimovanı vurub. Nəticədə onların hər ikisi xəstəxanaya yerləşdirilib, piyada orada ölüb.

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

11:37

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Zamiq adlı şəxs sürdüyü "Zontes" markalı motosikletlə yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 40-45 yaşlı qadın hadisə yerində ölüb. Hadisə vaxtı motosiklet aşıb və xeyli sürünüb. Motosikletin 34 yaşlı sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Hadisə şahidləri vəfat edən qadının adının Mehriban olduğunu deyiblər.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>