Sizin link burada

“Azərişıq” Aran bölgəsində yenidənqurma işləri aparır

 

"Azərişıq" ASC Aran böplgəsində yenidən qurma işlərini davam etdirir. 

 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 110 kV-luq I və II Beyləqan hava xətlərində aparılan işlər nəticəsində Beyləqan və Füzuli rayonlarının ikitərəfli elektrik enerjisi təchizatı təmin edilib. Aparılan işlər nəticəsində yüzlərlə fermer təsərrüfatı, sahibkarlıq obyektləri, minlərlə hektar kənd təsərrüfatı sahələrinin suvarma sistemləri, eləcə də Beyləqan və Füzuli rayonlarının 140.000 nəfər əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

 

2017-ci ildə 35/10 kV-luq “Zərdab” yarımstansiyasında yenidənqurma işlərinə başlanılıb, transformatorlarının gücü 2 ədəd 10 MVA olan müasir tipli yarımstansiya inşa edilib. Yeni tikilən yarımstansiyanın dayanıqlı elektrik təchizatı üçün 110/35/10 kV-luq Ucar yarımstansiyasından 30 km məsafədə yeni ikidövrəli 35 kV-luq “Ucar-Zərdab” hava xətti tikilib istifadəyə verilib. Bundan sonra 35/6 kV-luq “Kür-Nasos” stansiyasının  da normal iş rejimi bərpa edilib, minlərlə hektar ərazinin suvarılması təmin edilib.  

 

İmişli rayonu ərazisində 1970-cı ildə istismara verilən, 5 yaşayış məntəqəsini və İmişli şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq Rəsullu yarımstansiyası da yenidən qurulub. Yarımstansiyada gücü 4 MVA olan 1 ədəd transformator müasir tipli gücləri 6,3 MVA olan 2 ədəd transformatorlarla əvəz edilib, 35 və 10 kV-luq qapalı paylayıcı qurğu tikilərək müasir tipli elektrik avadanlıqları quraşdırılıb. Görülən işlər əhalinin və kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların fasiləsiz və keyfiyyətli enerji təminatına səbəb olub. Yarımstansiyanın dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədi ilə 330 kV-luq İmişli yarımstansiyasından 9,5 km məsafədə ikidövrəli hava elektrik veriliş xətti çəkilmişdir. Yeni tikilmiş xəttin birinci dövrəsinə 35/10 kV-luq Muğan yarımstansiyası, ikinci dövrəsinə isə 35/6 kV-luq Çahar yarımstnasiyası qoşulub.

 

Regionda aşağı gərginliklı paylayıcı şəbəkələrin Özünüdaşıyan İzolyasiyalı Naqillərlə yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb. Ağcabədi rayonunun 5, Beyləqan rayonunun 6, Ağdam rayonunun 5, Füzuli rayonunun 7, Zərdab rayonunun 11, İmişli rayonunun 10 yaşayış məntəqəsində, Cəbrayıl sahəsində yerləşən qəsəbələrdə ümumilikdə 41 kənd və qəsəbədə mövcud, həyətyanı sahələrdən keçən elektrik xətləri Özünü daşıyan İzolyasiyalı Naqillərlə əvəz edilib, uçot dəstləri kənara çıxarılıb. Hazırda İmişli rayonu Hacırüstəmli kəndində, Füzuli rayonu Yağlıvənd, Ağdam rayonu Çıraqlı, Sarıcalı, Əhmədağalı kəndlərində, Ağcabədi rayonu Hüsülü, Avşar, Boyat kəndlərində, Şəhər ərazisində, Beyləqan rayonu I Şahsevən kəndində, Şəhər ərazisində işlər davam etdirilir,15500 ədəd SMART sayğac quraşdırılıb,   24921  ədəd  qüsurlu sayğac dəyişdirilib, ümumilikdə  44355   ədəd uçot dəsti bərpa edilib. Region üzrə 170 mln kVts elektrik enerjisinə qənaət edilib. Əvvəllər itkilər  13,5% təşkil edirdisə, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi istiqamətində aparılan işlər nəticəsində hazırda itkilər 12%-dən aşağı düşüb.

     

   

 

 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>