Sizin link burada

Xəzərdə qayıqda meyiti tapılan gənclərin KİMLİYİ BİLİNDİ - FOTOLAR

24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.

 

Qeyd edək ki, gənc dostlar avarlıq rezin qayıqla idman məqsədi ilə dənizə çıxıbmış.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>