Sizin link burada

Bakıda 500 manata tapança satan tutuldu – FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Lent,az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə E.Babayev küçəsində Şahin adlı şəxsin 500 manata odlu silah satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata  keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs, Kürdəmir rayon sakini əvvəllər məhkum olunmuş Şahin Kərimov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “PSM” markalı tapança və içərisində 2 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir müddət bundan əvvəl yaşadığı Kürdəmir rayonunda tapdığını və satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.

 

Faktla  bağlı 7-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

      

 

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>