Sizin link burada

“VAZ” markalı avtomobili ağaca çırpılıb: ölən var

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Kür qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Nəsibov Elmar Çingiz oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>