Sizin link burada

İrana dair nəzarət komissiyası ilk dəfə ABŞ-sız toplaşır

 

 

Vyanada mayın 25-də nüvə sazişinin icrasına nəzarət edən “altılıq” ölkələri və İranın birgə komissiyasının növbəti  iclası keçiriləcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toplantı ilk dəfə olaraq ABŞ-ın iştirakı olmadan keçiriləcək.

 

Komissiyanın sonuncu iclası Vyanada martın 16-da keçirilib. Qeyd olunan komissiya Birgə Hərtərəfli Fəaliyyət Planının icrasını yoxlamaq səlahiyyətinə malik yeganə qurumdur.   

 

“Bildiyiniz kimi, prezident Tramp ABŞ-ın həmin sazişdən çıxmasına dair qərar verib. Çünki bu saziş ABŞ-ın milli maraqlarının qorunmasını təmin edə bilmədi. Bu səbəbdən də ABŞ birgə komissiyanın tərkibində təmsil olunmayacacaq”, - deyə ABŞ Vyanadakı daimi nümayəndəliyindən bildirilir.  

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>