Sizin link burada

İstanbulda Azərbaycana həsr olunmuş sərgi açıldı

İstanbuldakı Dəniz muzeyinin sərgi salonunda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun  təşkil etdiyi  sərgidə İstanbuldakı Yedditəpə universitetinin müəllimi, professor Rafiq Əzizin yağlıboya ilə çəkdiyi portret və fiqurativ janrdakı əsərləri nümayiş etdirilir. Sərgidə ulu öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin, ilk baş nazir Fətəli xan Xoyskinin, böyük mütəfəkkir Əhməd Ağaoğlunun, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın, Bakının işğaldan azad edilməsində mühüm rolları olan Xəlil Paşa və Mürsəl Paşanın portretləri və həmçinin, tematik janrda çəkilmiş tablolar tamaşaçıların mühakiməsinə təqdim edilib.

 

İstanbulun dövlət idarəçilərinin iştirak etdiyi açılış mərasimində APA-ya açıqlama verən Baş konsulluğun konsulu Esmira Hüseynova deyib: “Bu sərgiyə uzun müddətdən bəri hazırlaşırdıq. Sərgidə ulu öndərimiz Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” – sözünü əks etdirən sənət əsərlərini görürük. Digər tərəfdən, bu sərgidə Cümhuriyyətimizin 100 illik tarixinin dialektik  inkişaf prosesini konseptual şəkildə Türkiyə ictimaiyyətinə çatdırmağa çalışmışıq. İctimaiyyətin sərgiyə göstərdiyi diqqət və maraq bizi son dərəcə məmnun etdi. Bu mövzudakı tədbirlərimizi davam etdirəcəyik”.

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr edilmiş rəsm sərgisi mayın 27-nə qədər davam edəcək.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>