Sizin link burada

BƏƏ liderindən İlham Əliyevə məktub

Birləşmiş Ərəb Əmirlikləri dövlətinin prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

 

Lent.az-ın məlumatına görə, məktubda deyilir:

 

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır və Birləşmiş Ərəb Əmirlikləri xalqının bu münasibətlə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən rica edirəm.

 

Əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına xeyir və xoşbəxtlik arzulayıram.

 

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı izhar edirəm”.

 

BƏƏ-nin Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyandın prezident İlham Əliyevə göndərdiyi məktubda deyilir:  

 

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dost və qardaş xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram.

 

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı ifadə edirəm”.

 

BƏƏ-nin vitse-prezidenti, baş naziri, Dubayın hakimi Məhəmməd bin Raşid Al Məktum da Azərbaycan prezidentinə  məktub göndərib.

 

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizin müdrik rəhbərliyiniz altında dost və qardaş xalqınıza davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram.

 

Bu xoş fürsətdən istifadə edərək, Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm”, - deyə məktubda bildirilir.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>