Sizin link burada

Türkiyədə raket zavodu partladı: ölən və yaralananlar var

Ankarada silah-sursat zavodunda partlayış baş verib. Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, hadisə bu gün saat 15 radələrində qeydə alınıb. Şəhərin Almadağ qəsəbəsindəki raket və partlayıcı istehsal edən zavodda hələlik məlum olmayan səbəbdən partlayış olub. Nəticədə 1 nəfər dünyasını dəyişib, 3-ünün vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>