Sizin link burada

Rusiyada "Lotu Quli"nin yaxın adamı həbs edildi - FOTO - VİDEO

Rusiyada azərbaycanlı kriminal avtoritet saxlanılıb. Lent.az-ın crimtime.ru- saytına istinadən məlumatına görə, Çelyabinski şəhərində 47 yaşlı Rəhman Abdullayev saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan azərbaycanlı avtoritet Rəhman Abdullayev sahibkarlardan hədə-qorxu ilə pul tələb etməkdə günahlandırılır.

Saytın yazdığı məlumatda qeyd edilir ki, Rəhman Abdullayev hazırda Dubayda olan azərbaycanlı qanuni oğru “Lotu Quli” ayamalı Nadir Səlifovun ən yaxın adamlarındadır. Məhz “Quli” Ural ərazisində bütün işləri Rəhman Abdullayevə tapşırıb. Bölgədəki bütün pulları Rəhman toplayırmış.

Artıq mərkəzi rayon məhkəməsi Rəhman Abdullayev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>