Sizin link burada

Lökbatan–Güzdək avtomobil yolunun tikintisinə 4,6 milyon manat ayrıldı

Prezident İlham Əliyev Lökbatan–Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Lernt.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən qırx üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Güzdək avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>