Sizin link burada

Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - YENİLƏNİB-2

Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum  deyil) meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb. Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, hal-hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​

 

 

 

**** 16.50 

 

Fövqəladə Hallar Nazirliyi dənizdə tapılan meyitlərlə bağlı məlumat yayıb.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.

 

 

***

 

Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.

 

APA-nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

 

Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

 

 

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.

 

 

 

***

 

 

15:33

 

 

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

 

APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

 

Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>