Sizin link burada

Bakıda evdən 20 min manat oğurlanıb

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 1-dən 20-dək olan müddətdə 2 evin həyətindən 2 velosiped, 1 evdən 390 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.

 

 

Araşdırmalar davam etdirilir.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>