Sizin link burada

Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini işdən çıxardı

Ermənistan baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Movses Akopyanın vəzifəsindən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyana müraciət edib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu N. Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan edib.

 

O bildirib ki, M. Akopyan bu gün vəzifəsindən azad olunacaq, onun yerini tutacaq şəxsin adı isə günün sonunadək məlum olacaq. N. Paşinyanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi komandanlığa sabah təqdim olunacaq.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>