Sizin link burada

Qadın voleybolçularımızdan Qızıl Avropa Liqasında ikinci qələbə

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II tura start verilib.

 

Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması ikinci qarşılaşmasına da Bakıda çıxıb.

 

İlk turda Ukraynaya 3:1 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələrinin rəqibi bu dəfə Portuqaliya voleybolçuları olub. Komandamız görüşdə aşkar favorit olsa da, ukraynalılarla matçdakı kimi yenə ilk seti uduzub.

 

Lakin növbəti setlərdə qonaqlar yığmamızın inamlı oyunu qarşısında tab gətirməyib. Millimiz ardıcıl ikinci qələbəsini bayram edib – 3:1. Qeyd edək ki, qrupumuzun digər görüşündə Bolqarıstan Ukrayna ilə oynayacaq.

 

Qızıl Avropa Liqası

 

A qrupu

 

II tur

 

Azərbaycan – Portuqaliya – 3:1 (24:26, 25:17, 25:14, 25:17)

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

2

2

0

6-2

193-175

6

2

Bolqarıstan

1

1

0

3-0

75-50

3

3

Ukrayna

1

0

1

1-3

93-94

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>