Sizin link burada

Çovdarov danışmadı: "Gələn dəfəyə qalsın" - MƏHKƏMƏ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində  hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillərin qaldırdığı vəsatətlər müzakirə edilib.

 

Hakimlər kollegiyası vəsatətLəri təmin etməyib.

 

Daha sonra prosesdə Akif Çovdarovun vəkili Kamandar Nəsibov çıxış edib. O, müvəkkillinə verilən ittihamların əsassız olduğunu deyib. Vəkil  Kamandar Nəsibov Çovdarova bəraət tələb edib.

 

Prosesdə Səlim Məmmədovun vəkili Elçin Sadıqov da çıxışına əlavələr edib. O da Kamandar Nəsibov kimi müvəkkilinə bəraət tələb edib.

 

Prosesdə Çovdarova söz verilsə də, o gələn proses danışacağını qeyd edib.

 

Proses mayın 25-də davam edəcək.

 

 

 

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>