Sizin link burada

Sumqayıtda 30 evə enerji təchizatı dayandırıldı

Sumqayıt şəhəri Asfalt zavod ərazisində (147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin arxasında) yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakinlərinin  “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq enerji təchizatı dayandırılıb.

 

 ”Azərişıq” ASC-dən Lent.az-a verilən məlumata görə,  adıçəkilən ərazidə məskunlaşmış sakinlər 147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin transformatorundan öz fərdi evlərinə qanunsuz olaraq  elektrik xətləri çəkmiş,elektrik enrjisi təchizatı İdarəsində qeydiyyata düşməyiblər. Bu günə qədər  istehlak olunmuş enerji sərfinin dəyərini  ödəyiblər.

 

 ”Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi və əməkdaşlarının dəfələrlə xəbərdarlıqlarına məhəl qoymayaraq elektrik enerjisi təchizatlarını qanunsuz bərpa ediblər.

 

“Azərişıq” ASC uzun müddətdir ki, Respublikanın regionlarındakı yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma  işləri aparır,yeni güc mərkəzləri yaradılır, 0,4 kV-luq paylayıçı şəbəkələr yenidən qurulur. 

 

 Bildiririk ki,qüvvədə olan qanuna əsasən fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi yalnız “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri tərəfindən təmin olunur.

 

Texniki şərt alınmadan özbaşına elektrik şəbəkəsinə qoşulması qanuna görə müvafiq məsuliyyətə səbəb olur. Qanunun tələbinə əməl edən hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchizatı  “Azərişıq” ASC  tərəfindən təmin olunur.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>