Sizin link burada

Bakıda faciə: öldü, meyiti 1 həftə sonra tapıldı

Dünən Bakı şəhərinin Suraxanı rayonunda mənzildə 58 yaşlı kişinin meyitinin tapılması ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, yeni Günəşli qəsəbəsində doqquzmərtəbəli binada yaşayan sakinlər ilk olaraq qonşuluqdakı mənzildən kəskin qoxunun gəlməsi ilə bağlı polisə məlumat verib. Qapının arxadan bağlı olması səbəbindən dərhal FHN-in xilasedicilərinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri binanın 6-cı mərtəbəsindəki mənzilin giriş qapısını açanda orada 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aşkarlayıb. Məlum olub ki, o, 1 həftə əvvəl vəfat edib və cəsəd qismən çürüməyə məruz qalıb.

 

F.Abdullayevin xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

*****

 

23 may

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə mütəxəssislər cəlb olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>