Sizin link burada

Bakıda həbs edilən avtoritetlərlə bağlı YENİ XƏBƏR

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən kriminal aləmdə "Astaralı Fuad" kimi tanınan Fuad Əsgərov, "Ay qam Samir" kimi tanınan Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlunatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Hakimlər kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, "Ay qam Samir"im cəzası 10 ildən 15 ilə, "Astaralı Fuad"ın 8-dən 10 ilə, Süleyman Abdullayebin cəzası isə 4 ildən 7 ilə qaldırılıb.

 

Hüseyn Hüseynov da isə cəza 4 il 6 aydan 1 il çıxarılaraq 3 il 6 aya endirilib. Digərlərinin cəzası dəyişdirilmədən saxlanılıb.

 

Astaralı Fuad qərarla razılaşmayıb. O, sifariş verənlərin cəzasını alacağını deyib.

 

Qeyd edək ki, hadisə 2016-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

 

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astaralı Fuad)8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>