Sizin link burada

Azərbaycan diasporunda ilk: 3 dildə portal yaradıldı

Avropada yaşayan azərbaycanlı gənclər Azərbaycan diasporu ilə bağlı informasiya mərkəzi və diasporda ilk dəfə olaraq üç dildə informasiya portalı (www.diaspornews.az) yaradıblar. Lent.az-ın məlumatına görə, Polşada Azərbaycanlı Gənclər Şurasının təsisçiliyi ilə yaradılan mərkəz və informasiya portalı bu ölkə də daxil Niderland, Almaniya, Skandinaviya ölkələri, Ukrayna və digər ölkələrdə yaşayan azərbaycanlı gənc fəallar tərəfindən yaradılıb.

 

Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərən portalın baş redaktoru Niderlandda yaşayan azərbaycanlı fəal jurnalist Emil Əliyevdir. Azərbaycan diasporu ilə bağlı xəbər, reportaj, araşdırma və müəllif yazıları əhatə edəcək portal diaspor sahəsində, o cümlədən mediada tanınmış bir qrup azərbaycanlı jurnalistlərin dəstəyi ilə ərsəyə gəlib. Qeyd edək ki, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməddir.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>