Sizin link burada

"Xəbər gəldi ki, Arif Alışanovu 600 min manat müqabilində öldürəcəklər" - Əməliyyatçı

AZTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov, Aqşin Hüseynov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin  sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

 

 

Daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşı Rövşən Camalov A.Alışanovun öldürməyə cəhd epizodu üzrə ifadə verib.

 

O bildirib ki, A.Alışanova qarşı sui-qəsdlə bağlı idarəyə məlumat daxil olub: "Xəbər gəldi ki, 600 min manat müqabilində Arif Alışanovu öldürmək istəyiblər. Bu isə bizə əvvəlcə inandırıcı gəlmədi. Bunun üçün müraciət edən şəxsə sui-qəsdin təşkil olunacağı yeri əvvəlcədən bizə deməsini tələb etdik. Bir müddət keçdikdən sonra o, bizə Şamaxıda Arif Alışanovu hovuz kənarında təqsirləndirilən şəxslər tərəfindən güllələnəcəyi barədə məlumat verdi. Dərhal hadisə yerinə post patrul əməkdaşları göndərildi və sözügedən cinayət faktı baş tutmadı. Ondan sonra Şamaxıda Arif Alışanova sui-qəsd olunacağı haqqında məlumat aldıq, lakin bu da təsdiqini tapmadı. Sonra həmin şəxs başqa bir istiqamətdə Arif Alişanova sui-qəsd olacağını bildirdi. Ağsudan Şamaxı istiqamətində hərəkət edən Şücayət Əkbərovun içində olduğu avtomobilə baxış keçirməyimizi istədi. Bu istək əsasında avtomobil Şamaxı yolunda saxlanıldı. Həmin avtomobilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlandı. Şücayət Əkbərov ifadəsində bu silahları ona deyil, başqasına məxsus olduğunu bildirdi".

 

Proses mayın 25-ə təyin edilib.

 

13:01

 

AZTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov, Aqşin Hüseynov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin  sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş A.Alışanovun sürücüsü Hacı Babayev təqsirləndirilən şəxsin vəkilinin ona veridiyi sualları cavablandırıb. Hacı Babayev qeyd edib ki, torpaqların alqı-satqısı işini təqsirləndirilən Şücaət Əkbərov həyata keçirib: "Yalnız sənədlərə qol çəkdim. Torpaqların alınması üçün Arif Alışanov mənim adıma etibarnamə verməyib. Şüayət torpaqları Arif müəllimin pulu ilə alırdı. Torpaqların alınması məsələsini də Şüayətdən Arif Alışanovun özü xahiş edmişdi”.

 

O söyləyib ki, təqsirləndirilən şəxslər tərəfindən sui-qəsd olunan zaman ona heç bir zərər dəyməyib.

 

Təqsirləndirilən Ş.Əkbərov qeyd edib ki, A.Alışanov H.Babayevin adına 340 hektar torpaq alıb: “Həmin torpaqlara 7 milyon manat pul verib, 98 adda alqı-satqı olub".

 

Prosesdə şahid qismində ifadə verən Alışanovun qaynı Vidadi Cəfərov bildirib ki, təsərüfat qurmaq üçün 200 min manat pul verib: "Daha sonra Arifin aldadılmasını eşitdim".

 

Şahid V.Cəfərov təqsirləndirilən şəxslərin ünvanına "şərəfsiz" sözü işlədib. Bu zaman onunla təqsirləndirilən Ş.Əkbərovla aralarında mübahisə yaranıb. Hakim şahidi zaldan çıxarıb.

 

Digər şahid Etibar Bağırov dindirilən zaman A.Alışanova 1 milyon 800 min manat pul verdiyini vurğulayıb: "Arif müəllim də pulu Şücaətə verib. Belarusda biznesim var, özüm də idman müəllimiyəm".

 

Şahid Kamal Camal isə AZTV-də çalışdığını, A.Alışanovun müəyyən işlərini gördüyünü bildirib. O, bir neçə torpaq alqı-satqısında iştirak etdiyini etiraf edib: "Arif müəllim pulu Şücaətə verirdi, o da sayıb götürürdü".

 

Daha sonra peosesdə təqsirləndirilən Şücaət Əkbərovla şahidlərlər arasında mübahisə düşüb. Hakim Şücaət Əsgərovu zaldan kənarlaşdırıb. Proses onun iştirakı olmadan davam edib.

 

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib.  O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib. S.Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab  Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib. 2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib. Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb. Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb.

Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib. Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi,  A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>