Sizin link burada

"İntihar hallarının baş verməsində mətbuat günahkardı" - Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb.
 
 
 
APA-nın məlumatına görə, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.
 
 
 
“Məsələn, biri intihar edirsə, mətbuat bunu dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizlin saxlanırdı, indi isə sanki açıq təbliğ olunur. Düşünürəm bu barədə ciddi düşünməliyik”, - deyə o qeyd edib

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>