Sizin link burada

Əsgərovun baldızı oğlunun işi: vəzifəli şəxslərə verilən pullar açıqlandı - SİYAHI

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Rahib Hüseynov gündəlik xərclər bağlı kitablar təqdim edib.

 

Hakim bildirib ki, həmin kitbalarda bir çox vəzifəli şəxslərin, həmçinin Dəmir Yol İdarəsinin rəislərinin adı soyadı, imzaları var. Ona görə həmin sənədləri tədqiq edilməlidir. Rahib Hüseynovun da vəkili həmin kitabları tədqiq edilməsini tələb edib: "Orada bir çox vəzifəli şəxslərin milyonlarla pul verilməsi var. Həmin pulları alan şəxslər imzaları ilə həmin pulları təsdiq edib".

 

Rahib Hüseynov bildirib ki, 2009-2013-cü illərdə bağ tikintisi üçün 600 min manat pul göndərilib: "Həmin bağla yanaşı "Vorovski" adlanan yerdə də 480 min pul xərclənib. Bunların hamısı kitabda qeyd edilib".

 

Məhkəmədə o da məlum olub ki, həmin kitablarda ən çox pul alan şəxslərdən biri də Rizvan İsmayılovdur. R.İsmayılov Rahib Hüseynovun xalasının əridir və hazırda Azərbaycan Dəmiryolları QSC-də sədr müavini vəzifəsini tutur. R.İsmayılov verdiyi bir neçə milyonun qarşılığında 3-4 qat artıq qazanca əldə edib.

 

Kitablarda adı keçən daha bir şəxs də Üsaməddin Məlikovdur. Məlikov da QSC-də yüksək vəzifə tutan şəxslərəndir. Onun 1 milyon 300 min avro verib, qarşılığında isə 4 milyon avrodan artıq qazanc götürdüyü məlum olub. Hakim qeyd edib ki, 5 kitabda qeyd edilən məbləğlər 20-25 milyondur.

 

Kitablarda adı keçəm həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də R.Hüseynov nəzarət edib. R.Hüseynov ona aid olan məbləği ödəməyə razı olduğunu, amma əmlakların hədə-qorxu ilə əlindən alındığını söyləyib. Həmçinin təqsirləndirilın Elnar Əsgərov QSC-yə girən malları özündə saxladığını deyib: "Onun xəbəri olmadan bir adam orda iş görə bilməzdi".

 

Hakim qeyd edib ki, növbəti məhkəmə iclasına Rizvan İsmayılov və Üsaməddin Məlikov dəvət ediləcək. Məhkəmə mayın 25-də davam edəcək.

 

Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Rahib Hüseynov da Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Rahib Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.

 

O, Cinayət Məcəlləsinin 178.3.2 -ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

 

Qeyd edək ki, Arif Əsgərovun digər oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanırdı.

 

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.

 

A.Əsgərovun oğlu "Liman Group” şirkətinin rəhbəri olub.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>