Sizin link burada

15 yaşlı yeniyetməyə 36 milyon dollarlıq cəza

ABŞ-ın Oreqon məhkəməsi Ukrayna əsilli adı açıqlanmayan yeniyetmə oğlana 36,6 milyon dollar məbləğində pul cəzası kəsib.

 

Lent.az Milliyet-ə istinadən bildirir ki, Oreqon bölgəsində 19 min hektarlıq meşəni yandırmış gənc həbs olunmasa da, ona kəsilən cəza dünya mediasının diqqətinə düşüb. Belə ki, hakim Con Olson ötənilki meşə yanğını nəticəsində ABŞ dövlətinə dəymiş ümumi ziyanı səbəbkara ödətdirmək qərarına gəlib. Onun çıxardığı hökm məhkəmə zalında gülüşlə qarşılanıb və “ağlasığmaz axmaqlıq” adlandırılıb.

 

Müttəhimin vəkili isə 15 yaşlı gəncin ailəsinin miqrant olduğunu, onun bu qədər pulu ömrünün sonuna qədər ödəyə bilməyəcəyini deyib.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>