Sizin link burada

“Milan” Avropa Liqasından uzaqlaşdırıla bilər

UEFA “Milan”ın maliyyə feyr-pleyi ilə bağlı uyğunluğuna dair anlaşma təklifini rədd edib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, klubun maliyyə hesabatları təhlil ediləcək.
 
 
 
Həmçinin Avropa Birliyi “rossonyerlər”in maddi problemlərini həll etmək təklifinə “yox” cavabını verib. Bu isə o deməkdi ki, klubu ciddi sanksiya gözləyir. Gələn ay keçiriləcək məhkəmənin qərarı bu məsələdə həlledici rol oynayacaq. Maliyyə hesabatında uyğunsuzluq aşkar edilsə, klub transfer qadağası, böyük məbləğdə cərimə və ya Avropa Liqasından uzaqlaşdırılma cəzasına məruz qalacaq.
 
 
 
UEFA bunlardan sonuncunu seçərsə, İtaliyanı gələn mövsüm “Milan”ın yerinə A seriyasını 7-ci pillədə tamamlayan “Atalanta” təmsil edəcək.
 
 
 
Qeyd edək ki, “Milan” ötən ilin yayında transferlərə 200 milyon avrdan çox pul xərcləyib. Qurum bu keçidlərin şəffaflığına şübhə edir.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>